16 sentyabr 2024 at 20:40
Jurnalist kodu: 5561
Xəbər kodu: 85598689
T T
0 Persons

Tags

Sinvar Ənsarullahın raket hücumundan sonra Əl-Husiyə: Biz uzun sürən aşınma müharibəsinə hazırıq

Tehran - İRNA - HƏMAS-ın Siyasi Ofisinin rəhbəri Yəhya Sinvar Yəmən Ənsarullah Hərəkatının Baş katibi Seyid Əbdülməlik əl-Husiyə ünvanladığı mesajda bu hərəkatın raketlərinin işğal olunmuş ərazilərin dərinliklərinə çatmasını və sionist rejimin çoxqatlı hava müdafiəsindən keçməsini təbrik edib.

Sinvar bu mesajında bildirib: “Ənsarullah Hərəkatına səmimi duyğularına, eləcə də meydandakı güclü iradəsinə və mesajlarına görə təşəkkür edirik.”

HƏMAS-ın Siyasi Ofisinin rəhbəri Əl-Əqsa Tufanı əməliyyatının Fələstində və regionda sionist layihəsinə zərbə vurmaq məqsədi ilə başladığına işarə edərək vurğulayıb: “Fələstinlilər Əl-Əqsa Tufanı əməliyyatında iştirakın beşinci mərhələsi çərçivəsində sizin əməliyyat xəbərinizi eşidəndən sonra öz günlərini başladılar.”

Yəhya Sinvar deyib: “Yəmən Ordusunun işğal olunmuş ərazilərin dərinliklərində və sionist rejimin mövqelərinə qarşı əməliyyatı Əl-Əqsa Tufanı əməliyyatına yeni nəfəs verir və Təl-Əvivin ürəyinə yeni zərbə vurur.”

HƏMAS-ın Siyasi Ofisinin rəhbəri qeyd edib: “Yəmən Ordusunun misli görünməmiş əməliyyatı düşmənə bu mesajı ehtiva etdi ki, vəziyyətə nəzarət etmək planları və bu döyüşdə bitərəf qalmaq cəhdləri iflasa uğradı, digər tərəfdən Fələstin müqavimətini dəstəkləyən cəbhələrin təsiri artıb.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .