18 sentyabr 2024 at 10:17
Jurnalist kodu: 5564
Xəbər kodu: 85600236
T T
0 Persons
İran: İsrail Livandakı cinayətə görə məsuliyyət daşımalıdır; Fələstinin işğalına son qoyulması ilə bağlı qətnaməyə səs veririk

Nyu-York - İRNA - İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani İsrailin Livandakı kiber terror aktını pisləyib və deyib: İsrail rejimi bu faciəli cinayət və təcavüzə görə cavab verməlidir.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani yerli vaxtla çərşənbə axşamı BMT Baş Assambleyasının fövqəladə iclasında deyib: Cəmi bir neçə saat əvvəl bu rejim kiberterror aktı ilə Beyrutda rabitə vasitələrini partladıb və nəticədə İran İslam Respublikasının Beyrutdakı səfiri də daxil olmaqla minlərlə insan həyatını itirib və yaralanıb. 

İran İslam Respublikasının BMT-dəki yüksək vəzifəli diplomatı əlavə edib: İran İslam Respublikası dünyasını dəyişənlərin ailələrinə və Livan hökumətinə səmimi başsağlığı verməklə yanaşı, azğın İsrail rejiminin bu dağıdıcı və terror aktını qəti şəkildə pisləyir. İsrail rejimi bu dəhşətli cinayətə görə cavab verməlidir. 

İrəvani çıxışının başqa bir hissəsində deyib: Bizim nöqteyi-nəzərimizə görə, nəinki Fələstin BMT-nin tamhüquqlu üzvü kimi qəbul edilməli, hətta, İsrail rejiminin qeyri-qanuni hərəkətləri BMT-nin bütün üzvlərini Nizamnamənin 6-cı maddəsinə əsasən bu rejimin Birləşmiş Millətlər Təşkilatına üzvlüyünü nəzərdən keçirmək öhdəliyinə səbəb olmalıdır. 

0 Persons

Sizin rəyiniz

You are replying to: .