18 sentyabr 2024 at 10:49
Jurnalist kodu: 5564
Xəbər kodu: 85600302
T T
0 Persons

İran sionist rejimin Livandakı terror aktını qətiyyətlə pisləyib

18 sentyabr 2024 at 10:49
Xəbər kodu: 85600302
İran sionist rejimin Livandakı terror aktını qətiyyətlə pisləyib

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Livanda rabitə sistemlərini partlatmaqla Livan vətəndaşlarını hədəf alan terror aktını kütləvi qırğın nümunəsi hesab edib və bunu qəti şəkildə pisləyib.

Nasir Kənani 2024-cü il sentyabrın 17-i çərşənbə axşamı gecə deyib: Bugünkü terror əməliyyatı Livanda sionist rejim və onların muzdlu agentlərinin birgə əməliyyatlarının davamı olaraq həyata keçirilib və bu, bütün etik və humanitar prinsiplərə, beynəlxalq hüquqa, xüsusən də beynəlxalq humanitar hüquqa ziddir və beynəlxalq cinayət istintaqına, məhkəməyə və cəzaya layiqdir. 

Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Əslində bir növ kütləvi qətl olan bu mürəkkəb terror aktı bir daha açıq şəkildə sübut edir ki, sionist rejim Fələstin xalqına qarşı hərbi cinayətlər və soyqırım törətməklə yanaşı, regional və beynəlxalq sülh və təhlükəsizlik üçün də ciddi təhlükədir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .