Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası özünün 10-cu xüsusi fövqəladə sessiyasında İsrail rejiminin Şərqi Qüds də daxil olmaqla işğal olunmuş Fələstin ərazilərindəki siyasət və hərəkətlərinin hüquqi nəticələri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin məşvərət rəyi ilə bağlı səsvermə keçirib. Səsvermədə 124 ölkə bu qətnamənin lehinə, 14 ölkə əleyhinə səs verib, 43 ölkə isə bitərəf qalıb.
Bu iclasda İran İslam Respublikası məzlum Fələstin xalqının ideyasına və sionist rejimin işğalçı və təcavüzkar siyasətlərinə qarşı həmişəki dəstəyini davam etdirərək müsbət səs verib.
Vəziyyətin təcili olduğunu, Fələstinin işğalına və İsrail rejiminin fələstinlilərə qarşı aparteid siyasət və hərəkətlərinə son qoyulmasının vacibliyini nəzərə alaraq, İran İslam Respublikası bununla bağlı hazırlanan qətnamənin lehinə müsbət səs verib.
Sizin rəyiniz