19 sentyabr 2024 at 16:58
Jurnalist kodu: 5561
Xəbər kodu: 85601768
T T
0 Persons

Livanda İsrail casusu tutuldu

19 sentyabr 2024 at 16:58
Xəbər kodu: 85601768
Livanda İsrail casusu tutuldu

Tehran - İRNA - Livan mediası Livanın cənubunda sionist rejimin casusunun həbs edilməsi barədə məlumat yayıb.

“MTV” telekanalı bildirib: “Livan təhlükəsizlik qüvvələri və Hizbullah bir livanlını sionist rejim üçün casusluq ittihamı ilə həbs edib.”

Telekanalın bildirdiyinə görə, F. Z. adlı bu şəxs Hula şəhərindəndir və Mifdun bölgəsində sakindir.

Bu casus Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) podratçısı adı altında işləyirmiş və Livanda Hizbullaha yaxın yaşayış qəsəbələrdə və ictimai qurumlarda bu fondun layihələrini həyata keçirirmiş.

0 Persons

Sizin rəyiniz

You are replying to: .