SEPAH quru qüvvələrinin Həmzə Seyyidüş-Şühəda Qərargahının ictimai əlaqələr bölməsinin bəyanatında bildirilir:
Bismillahir-Rəhmanir-Rəhim
Kürdüstan əyalətində İmam Zamanın (əc) naməlum əsgərlərinin diqqətli müşahidəsi və kəşfiyyat məlumatları ilə ötən gecə Kürdüstan əyalətinin Mərivan sərhədindən İran İslam Respublikası ərazisinə daxil olmağı planlaşdıran terrorçu dəstə Kürdüstan sərhədçilərinin pusqusuna düşüb və məhv edilib.
“Bu qarşıdurmada bir neçə komanda üzvü öldürülüb və yaralanıb, onların avadanlıqları İslam döyüşçüləri tərəfindən müsadirə edilib”, bəyanatda əlavə olunur.
SEPAH-ın Quru Qoşunlarının Həmzə Seyyidüş-Şüəhda Qərargahı terrorçu qruplara və qlobal müstəmləkəçilərin ünsürlərinə bir daha xəbərdarlıq edərək bildirir ki, ölkənin təhlükəsizliyinə qarşı hər hansı hərəkət qəbuledilməzdir, istənilən coğrafiyada onun məhv edilməsi və təmizlənməsi həlledici və təcili prioritet olacaqdır.
Sizin rəyiniz