İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində Küveytin xarici işlər naziri Abdulla Əli Əl-Yəhya ilə görüşüb və müzakirələr aparıb.
Bu görüşdə doktor Məsud Pezeşkiyanın Nyu-York səfərinə toxunan Əraqçi vurğulayıb: Mehriban qonşuluq siyasəti 14-cü hökumətin prinsiplərindən biridir və yeni hökumətdə İran İslam Respublikası ilə region ölkələri arasında əlaqələr daha da dərinləşəcək.
O əlavə etdi: Sionist rejim HƏMAS hərəkatını tamamilə məhv etmək üçün Qəzzəyə girdi, lakin, məğlubiyyətlə üzləşdi və indi çarəsiz vəziyyətdədir.
HƏMAS hərəkatının Tehrandakı siyasi ofisinin rəhbəri İsmayıl Haniyənin şəhadətinə toxunan Əraqçi bunun cavabsız qala bilməyəcəyini vurğulayıb.
Doktor Əraqçi Qüdsü işğal edən rejimin həyata keçirdiyi tədbirləri regionda və dünyada sülh və təhlükəsizlik üçün çox təhlükəli hesab edərək bildirib: Bu rejimin pisliklərinin qarşısını almaq üçün region ölkələri bir-biri ilə əməkdaşlıq etməlidir. Buna görə də İran İslam Respublikası Fars körfəzinin cənub ölkələri ilə maksimum dialoq və qarşılıqlı fəaliyyətə önəm verir.
Küveytin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya bu görüşdə İranın xarici işlər naziri ilə görüşdən məmnunluğunu ifadə edərək, İran İslam Respublikasının qonşuluq siyasətinin yanaşmasını alqışlayıb və İran və region ölkələri arasında əlaqələrin daha da genişlənəcəyinə ümid etdiyini bildirib.
Sizin rəyiniz