Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani təcavüzkar sionist rejimin Livanın cənubundakı müxtəlif yaşayış məntəqələrinə genişmiqyaslı hava hücumlarını və bu ölkənin yüzlərlə müdafiəsiz insanını qətlə yetirməsini qətiyyətlə pisləyib.
Xarici siyasət aparatının sözçüsü Amerika və bəzi sionist rejimin qərbli havadarlarının bu rejimin Fələstin xalqına qarşı cinayətlərinin davam etməsi və müharibənin əhatəsini bütün bölgəyə genişləndirməyə cəhd göstərməsi ilə bağlı susqunluğunu və hətta əməkdaşlığını kəskin tənqid edib, yeni sionist rejim macərasının təhlükəli nəticələri barədə xəbərdarlıq edib.
Kənani bildirib: “Ötən bir ildə sionist rejimin cinayətləri qarşısında sükut etmək bu rejimi cinayətləri və soyqırım siyasətini davam etdirməyə cürətləndirib.”
Kənani sionist rejimin Fələstindəki cinayətlərinin davam etməsini və bu cinayətlərin əhatəsinin Livana doğru genişlənməsini regional və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhlükənin bariz nümunəsi hesab edib, bu cinayətləri dayandırmaq üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dərhal hərəkətə keçməsinə çağırıb.”
Sizin rəyiniz