24 sentyabr 2024 at 14:28
Jurnalist kodu: 5564
Xəbər kodu: 85606288
T T
0 Persons

Zərif: 70 illik sionist rəvayətlərin tələsinə düşməyək

24 sentyabr 2024 at 14:28
Xəbər kodu: 85606288
Zərif: 70 illik sionist rəvayətlərin tələsinə düşməyək

Tehran – İRNA – Strateji məsələlər üzrə vitse-prezident 70 ildir bölgəmizin tərs obrazını yaradan povest uyduranların tələsinə düşməməyimizi vurğulayaraq dedi: Gəlin sionist mediaya yox, xidmətçilərimizə etibar edək.

Məhəmməd Cavad Zərif X sosial şəbəkəsindəki mesajında prezidentin Nyu-Yorkdakı çıxışı ilə bağlı yazıb: Doktor Pezeşkiyan Nyu-Yorkda Fələstin, Livan və Yəmən xalqlarının müqavimətinin ən əsaslı müdafiəsini etdi. O, ən səmimi dillə İsrail rejiminin cinayətlərini, silah, müharibə və insan haqları kimi məsələlərlə Qərb ölkələrinin ikili rəftarını ifşa etdi. O bildirdi ki, region və dünya üçün təhlükə terror və aparteid zəminində formalaşmış soyqırımçı,  təcavüzkar, nüvə silahı sahibi olan İsraildir, işğal və soyqırım qurbanlarının müdafiəçisi, regionda və dünyada sülh carçısı və nüvə tərksilahının tələbkarı olan İran deyil.

O, aydınlaşdırdı: Biz 70 il ərzində bölgəmizin tərs obrazını yaradan povest uyduranların tələsinə düşməməli və sionist media əvəzinə xidmətçilərimizə güvənməliyik.

Zərif vurğuladı: Doktor Pezeşkiyanın məntiqi də “tarixin düzgün tərəfində” bu cərəyana kömək edir və buna görə də, sionistlərin mövqelərindən çıxış edən media buna kölgə salmaq istəyir. Gəlin, İsrailin İranı və müqaviməti təhlükəli sayması ilə bağlı təhlükəli və yalançı hekayəni “milli ittifaqla” birdəfəlik məhv edək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .