24 sentyabr 2024 at 20:06
Jurnalist kodu: 5561
Xəbər kodu: 85606622
T T
0 Persons
İran Prezidenti: Sivilizasiya adı ilə qadın və uşaqları öldürmək biabırçılıqdır

New York - İRNA - Prezident deyib: “Bu günlərdə Livanda qadınları və uşaqları, kişiləri və qocaları bombalayırlar və sivilizasiya adını özlərinə qoyublar, bu, biabırçılıqdır.”

Prezident Məsud Pezeşkiyan Tehran vaxtı ilə bu gün axşam saatlarında Nyu-Yorkda ilahi dinlərin nümayəndələri ilə görüşündə yalanlara məruz qaldığımız bir dünyada yaşadığımızı bəyan edərək deyib: “Bu dünyada azadlıqdan, insanlıqdan, insan haqlarından danışırlar, amma insanları bombalayırlar və məhv edirlər. Lakin bir küncdə hansısa hadisə baş verəndə, hay-küy qoparırlar ki, niyə oturmusunuz? Müəyyən bir ölkədə insan hüquqlarına məhəl qoyulmur. Amma siz qadınları, uşaqları, qocaları, cavanları məhv edirsiniz; ən faşist, ən soyqırımçı və ən qatil adamları qətiyyətlə müdafiə edirsiniz və bundan utanmırsınız.”

Pezeşkiyan “Onların bunu etməyə haqqı varmı?” “Ədalət axtarırsınız?” kimi suallar ortaya qoyaraq deyib: “Əgər insan və bəşəriyyət həqiqət və ədalət ardıncadırsa, bütün insanlar üçün həqiqət və ədalət olmalıdır.”

Hansı din haqq ardınca deyil? Hansı din ədalət axtarmır? Hansı din sədaqət və doğruluğu istəmir? kimi suallar ortaya qoyan Prezident əlavə edib: “Əgər dürüstlük, doğruluq və ədaləti həyata keçirsəniz, artıq mübahisələr olmayacaq.”

Prezident bütün dinlərin kökünün bir olduğunu və hamısının Allah qarşısında təslim olduğunu bəyan edərək deyib: “Bütün səmavi kitablarda ədalət vurğulanır və deyilir ki, haqq hökm edəcək, zülm aradan qalxacaq. Eyni zamanda hər bir etiqad yer üzündə ədaləti həyata keçirəcək bir xilaskarı gözləyir.”

Pezeşkiyan vurğulayıb: “Yer üzü zülm və zorakılıqdan əziyyət çəkir, insan niyə başqasının haqqını görməzliyə vursun, başqasının haqqını tapdalasın?”

“Haqq-ədaləti həyata keçirsək, bir yerdə yaşaya bilərik”- deyə, vurğulayan Prezident bildirib: “Birləşmiş Millətlər Təşkilatının şüarı sülh, ədalət və inkişafdır. Digər tərəfdən, bu günlərdə Livanda qadın və uşaqlar, kişilər və qocalar bombalayırlar və sivilizasiya adını özlərinə qoyublar, bu, biabırçılıqdır.”

Prezident ilahi dinlərin nümayəndələrinə müraciət edərək deyib: “Ümidvaram ki, toplantınız və dəyərli iştirakınız ədalət iddiasında olan insanlara insanlıq, ədalət və insaf mesajının çatdırılmasında təsirli olacaqdır.”

Prezident İranın terrorçu olmadığını bəyan edərək deyib: “Günahsız insanı öldürmək bir yana, biz bir quşa belə xəsarət yetirmirik. Başqalarının ərazisinə də təcavüz etmək ardınca da deyilik. Allah bizdən istəmişdir ki, birlikdə sülh, mehribanlıq, həqiqət və sevgi içində yaşayaq. Ümid edirəm ki, bu kiçik dünyada haqq-ədalət yarada və nifrəti qəlblərdən çıxara bilək.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .