25 sentyabr 2024 at 18:24
Jurnalist kodu: 5561
Xəbər kodu: 85607801
T T
0 Persons
İran anti-İsrail etirazlarının yatırılmasını, Avropa və Amerikanın sionist rejimin cinayətlərində şərikliyini tənqid edib

London - İRNA - İran İslam Respublikasının BMT-nin Cenevrə bölməsindəki səfiri və daimi nümayəndəsi İnsan Hüquqları Şurasının iclasındakı çıxışında anti-İsrail etirazlarının yatırılmasını, Avropa və Amerikanın sionist rejimin cinayətlərində şərik olmasını kəskin tənqid edib.

İRNA-nın məlumatına görə, İnsan Haqları Şurasının 57-ci iclasında çıxış edən Əli Bəhreyni ABŞ-ın sionist rejimə dəstək verməsini Soyqırım Konvensiyasının açıq şəkildə pozulması adlandırıb.

Bəhreyni ABŞ-ın 60-dan çox ali təhsil mərkəzində, xüsusən də İsrail cinayətlərinə qarşı etirazlarda 3000-dən çox etirazçının, o cümlədən universitet müəllimlərinin həbsindən dərin narahatlığını ifadə edərək deyib: “Bu tədbirlər ifadə və sərbəst toplaşma azadlığının ciddi şəkildə pozulmasıdır.”

İran nümayəndəsi daha sonra Nyukasl və Oksfordda dinc tələbə etirazlarının İngiltərə polis qüvvələri tərəfindən yatırılmasına işarə edərək, bu hərəkətləri açıq şəkildə insan haqlarının pozulması hesab edib.

Bəhreyni əlavə edib: “Almaniyada da İsrail əleyhinə nümayişlər zorakılıqla qarşılanıb və bu, etirazçılara qarşı repressiyalara və təqiblərə səbəb olub.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .