Sionist mediası bildirib ki, dünən gecədən bəri Livandan işğal olunmuş ərazilərə doğru 75 raket atılıb.
Xəbər mənbələri Livan Hizbullahının işğal altında olan Safəd bölgəsini və ətrafını kütləvi raket hücumu ilə hədəf aldığını vurğulayıb.
Sionist rejim ordusu da Hizbullah raketlərinin Safəd bölgəsinə çatdığını etiraf edib.
Digər tərəfdən, Yaffanın şərqindəki yaşayış məntəqələrində həyəcan siqnalı çalınıb.
Sionist rejimin mediası da Hizbullah raketlərinin işğal olunmuş ərazilərin daxilində 100 kilometr dərinliyə çatdığını bildirib.
Bu raket hücumları sionist rejim ordusunun Livanın müxtəlif bölgələrinə, o cümlədən Beyrutun cənubundakı Dahiya bölgəsinə və Livanın şərqindəki Əl-Bəqa bölgəsinə təcavüzkar hücumlarına cavab olaraq həyata keçirilib.
Sizin rəyiniz