Prezidentin müraciətinin mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
حَتَّىٰ إِذَا اسْتَيْأَسَ الرُّسُلُ وَظَنُّوا أَنَّهُمْ قَدْ كُذِبُوا جَاءَهُمْ نَصْرُنَا فَنُجِّيَ مَنْ نَشَاءُ وَلَا يُرَدُّ بَأْسُنَا عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ
“Nəhayət, peyğəmbərlər ümidsizliyə düşüb özlərinin yalançı hesab edildiklərini düşündükləri zaman köməyimiz onlara gəlir və dilədiyimiz kimsəyə nicat verilir. Əzabımız isə günahkar qövmdən dəf olunmaz.”
Livan Hizbullah Hərəkatının Baş katibi, müsəlmanların fəxri, cihad və müqavimət örnəyi şəhid Seyid Həsən Nəsrullah çoxdankı arzusuna, uca şəhidlik məqamına nail oldu. Onun davamlı rəşadətlərini, şücaətlərini, igidliklərini, mücahidliklərini vəsf etməyə sözlər yetərli deyil.
Dünyanın bütün məzlumlarının qəlbinə dərin bir ağrı çökmüşdür. Sentyabrın 27-də axşam saatlarında sionist rejimin cənub bölgəsinə hücumu və Hizbullahın ölməz lideri Seyid Həsən Nəsrullah başda olmaqla müqavimətin tanınmış simalarının şəhid olması müqavimətin pak ağacını hər zamankindən daha möhkəmləndirəcək, Seyid Həsən Nəsrullahın adı əbədi olaraq İslamın qaranlığında parlayacaq.
Biz belə öyrənmişik ki, sərkərdələr Allaha məxsusdur. İlahi yol heç vaxt sərkərdəsiz və rəhbərsiz qalmır. Allahın saleh bəndələri bu yerin varisləridir.
Beynəlxalq ictimaiyyət unutmayacaq ki, bu terror aktının əmri Nyu-Yorkdan verilib və amerikalılar sionistlərlə əlbir olduqlarını inkar edə bilməzlər.
Mən uca məqamlı mücahid, şəhid Seyid Həsən Nəsrullahın şəhadəti münasibətilə İslam İnqilabının Ali Məqamlı Rəhbərini, dünyanın bütün məzlum və azad insanlarını təbrik edir və bu münasibətlə başsağlığı verirəm. Livan Hizbullahı əvvəlkindən daha çox günəş kimi parlayacaq. Şübhəsiz ki, zalımla mübarizə bayrağı yerdə qalmayacaq, çünki “Allah qüdrətlidir, intiqam alandır.”
Sizin rəyiniz