28 sentyabr 2024 at 20:49
Jurnalist kodu: 5561
Xəbər kodu: 85611057
T T
0 Persons
Əraqçi: Sionist rejim Seyid Həsən Nəsrullahın qanının müqavimətin genişlənməsinə təsirini görəcək

Tehran - İRNA - Xarici İşlər naziri Livan Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı başsağlığı müraciətində deyib: “Sionist rejim Seyid Həsən Nəsrullahın qanının müqavimətin genişlənməsinə təsirini görəcək.”

Ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi Livan Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı başsağlığı verib.

Müraciətin tam mətni belədir:

Müqavimət lideri və İslam ümmətinin iftixarı Seyid Həsən Nəsrullah qatil işğalçıların zülm və cinayətləri qarşısında şərəf və müqavimət yolunun çoxsaylı şəhidlərinə qovuşdu. Sionist rejimin Hizbullahın başçılarını və komandirlərini şəhid etməsi ilk dəfə deyil, amma pak müqavimət ağacı heç vaxt həyat və inkişafını dayandırmamışdır. İslam məktəbində “şəhadət” özü işin doğruluğuna şahid, bu yolun davam etməsinə ilhamverici, mücahidləri cəlb etmək üçün stimuldur. Şəhid Seyid Abbas Musəvinin qanının Hizbullahı daha da gücləndirdiyini görmədilərmi? İndi onlar Seyid Həsən Nəsrullahın qanının müqavimətin genişlənməsinə təsirini dəhşətlə seyr etməlidirlər.

Şəhidliyi mübarək, yolu davamlı olsun!

Mən müqavimət seyyidi və onun bir qrup silahdaşının qəddar və mənfur sionist rejiminin əli ilə şəhid olması münasibətilə Ali Məqamlı Rəhbəri, İslam ümmətini, bölgə xalqlarını, Livan və İranın müqavimətçi və müdrik xalqını, bütün müqavimət qüvvələrini təbrik edir və bu münasibətlə başsağlığı verirəm. Şübhəsiz ki, müqavimət şəhidlərinin pak qanı yekun qələbə və Qüdsi-şərifin sionist cinayətkarlardan azad edilməsi üçün əsas olacaqdır. İnşallah.

0 Persons

Sizin rəyiniz

You are replying to: .