28 sentyabr 2024 at 21:41
Jurnalist kodu: 5561
Xəbər kodu: 85611113
T T
0 Persons
İraq islami müqaviməti Təl-Əvivdə həyati bir hədəfə zərbə endirib

Tehran - İRNA - İraq islami müqaviməti sionist rejimin mövqelərinə hücumlarının davamı olaraq Təl-Əvivdə mühüm və həyati hədəfə zərbə endirdiyini açıqlayıb.

İraq islami müqavimətinin yaydığı bəyanatda bildirilir: “İşğalçılarla qarşı mübarizə, Fələstin və Livan xalqlarına kömək etmək yanaşmasının davamı olaraq, qəsbkar rejimin uşaqlar, qadınlar və qocalar da daxil olmaqla dinc əhaliyə qarşı törətdiyi qətliamlara cavab olaraq, İraqın islami müqavimət hərəkatının qüvvələri bu gün səhər saatlarında işğal olunmuş ərazilərdə yerləşən Təl-Əvivdə həyati əhəmiyyət kəsb edən bir mövqeyi pilotsuz təyyarə ilə hədəfə alıblar.

Bəyanatda düşmənin istehkamlarının darmadağın edilməsi üzrə əməliyyatların artan tendensiya ilə davam etdiyi də vurğulanıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .