Yəmən Ənsarullah Hərəkatının lideri Əbdülməlik Bədrəddin əl-Husi deyib: “İslam ümməti əziz mücahid qardaşımız Hizbullahın Baş katibi Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı ağır matəmə qərq olub.”
Əl-Husi deyib: “Onun hörmətli ailəsinə, Hizbullahdakı qardaş və bacılarımıza, Livan xalqına, İran İslam İnqilabının Ali Rəhbərinə, Fələstin xalqına və ümmətin bütün azad insanlarına başsağlığı veririk.”
“Seyid Nəsrullahın itkisi bütün İslam ümməti üçün itkidir” - deyə, hərəkat lideri əlavə edib.
Ənsarullah lideri vurğulayıb: “Hər kəs öz vəzifəsinə əməl etməlidir, çünki döyüş davam edir. İsrail İslam və müsəlmanların düşmənidir və insanlıq üçün təhlükədir.”
Sizin rəyiniz