Nasir Kənani Yəmənin Hudeydə limanının mülki infrastrukturunun dağıdılmasına səbəb olan bu vəhşi hücumları sionist rejimin anti-insani mahiyyətinin ifadəsi kimi qiymətləndirərək deyib: “Sionist rejimin cinayətləri Amerika rejiminin qeyd-şərtsiz dəstəyi ilə baş verir və Vaşinqton Təl-Əvivi idarə edən cinayətkar dəstənin cinayətlərində tam şərikdir.”
Yəmənlilərin məzlum Fələstin xalqına verdiyi şərəfli dəstəyi təqdir edən Kənani bildirib: “Sionist rejimin Yəmənə və bu ölkənin mülki və xidmət infrastrukturlarına hücumu Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin kobud və təkrarən pozulmasıdır. Beynəlxalq ictimaiyyət rejimin bu qədər azğınlığının qarşısını almalıdır.”
Diplomatik qurumun mətbuat katibi bir daha sionist rejimin müharibə qızışdırmasının regional və beynəlxalq sülh və təhlükəsizlik üçün nəticələri barədə xəbərdarlıq edərək əlavə edib: “Sionist rejimə dəstək verənlər, o cümlədən ABŞ hökuməti bu rejimin Fələstin və Livanda törətdiyi cinayətlərinin davam etməsinin, eləcə də Yəmənə qarşı avantürist və təcavüzkar hücumlarının təhlükəli və gözlənilməz nəticələrinə görə, birbaşa məsuliyyət daşıyır.”
Sizin rəyiniz