HƏMAS hərəkatı bəyanat yayaraq, HƏMAS hərəkatının Livandakı komandanı və bu hərəkatın xaricdəki komandirlərinin üzvü olan “Fəth Şərif Əbul Əmin”in sionist rejimin Livana endirdiyi hava hücumlarında şəhid olduğunu elan edib.
Bu komandirin həyat yoldaşı Üməyyə İbrahim Əbdülhəmid və oğlu Əmin Fəth Şərif, həmçinin bu fələstinli komandirin qızı Vəfa Fəth Şərif də bu hücumda şəhid olublar.
Bu fələstinli komandir həyat yoldaşı və iki uşağı ilə birlikdə bu gün (bazar ertəsi) səhər Livanın cənubundakı əl-Bass düşərgəsində yerləşən evində şəhid olub.
Sizin rəyiniz