Məsud Pezeşkiyan bu gün (bazar ertəsi) səhər saatlarında ayrı-ayrı görüşlərdə Sudan, Danimarka, Niger, Almaniya, Qətər və Norveçin yeni səfirlərinin etimadnamələrini qəbul edib.
Prezident Danimarka, Almaniya və Norveç səfirlərini qəbul edərkən sionist rejimin Qəzzə və Livanda törətdiyi cinayətlərin artmasına toxunaraq deyib: “Təəssüf ki, biz ABŞ və Avropa ölkələrinin insan haqları məsələsində ikili standartların tətbiqinin şahidi oluruq. Bu ölkələr İran kimi ölkələrdə bir insanın hüquqlarının pozulması bəhanəsi ilə bütün dünyanı bir-birinə qatdıqları halda sionist rejimin on minlərlə günahsız insanı qətlə yetirməsi qarşısında susmaları ilə bu cinayətləri təsdiq edirlər.”
Sizin rəyiniz