Məhəmmədrza Arif bu gün, çərşənbə axşamı 1 oktyabrda Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin başçılarının Ermənistanın paytaxtı İrəvanda əsas üzv dövlətlərin nümayəndə heyətlərinin başçılarının, müşahidəçi heyətin və dəvət olunmuş (8 +1) ölkələrin iştirakı ilə keçirilən iclasında deyib: “Dörd əmtəə, xidmət, kapital və əmək sahəsində ümumi bazarın təmin edilməsi bu birliyin son məqsədlərindən biri kimi təklif edilmişdir. Bu dörd sahə ixtisarla “Dörd Azadlıq” adlanır.”
Arif əlavə edib: “Bu şəbəkələrin idarə olunması sahəsində yeni texnologiyalardan düzgün istifadə vacib və zəruri hesab olunur. Məhz belə bir çərçivədə müzakirə olunan Dörd Azadlığın həyata keçirilməsində əsas sütun kimi nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılmasının zəruriliyindən danışmaq lazımdır.”
Birinci vitse-prezident Avrasiya İqtisadi İttifaqı tərəfindən Çin və Özbəkistanla qarşılıqlı əlaqələrdə dəmir yolu yük daşımalarının rəqəmsallaşdırılmasına dair yol xəritəsinin təsdiqlənməsindən məmnunluğunu ifadə edərək deyib: “Ümid edirik ki, beynəlxalq Şimal-Cənub Dəhlizində İran İslam Respublikası ilə İttifaq üzvləri arasında çoxtərəfli dəmir yolu əməkdaşlığı ilə bağlı bu model də baş tutacaq və fəaliyyətə başlayacaq.”
Sizin rəyiniz