Livan Hizbullah Hərəkatı sionist rejimin hərbi bazasına zərbə endirməsi ilə bağlı açıqlama verib.
Açıqlamada bildirilir ki, bu hərəkatın döyüşçüləri artilleriya hücumu ilə sionist rejim əsgərlərinin "Əl-Mutla" bazasındakı yerini hədəfə alıblar və hücum zamanı düşmən qüvvələri itki verib.
Bu hərəkat həmçinin bəyan edib ki, islami müqavimət döyüşçüləri katyuşa raketləri ilə sionist rejim hərbçilərinin sionist köçkünlər məskunlaşan “Kəfar Giladi” qəsəbəsindəki mövqeyini hədəfə alıblar.
Sionist rejim mediaları da işğal olunmuş Fələstinin şimalında, xüsusilə Qərbi Əl-Cəlildəki “Əl-Bəssa”, “Şalumi” və “Batset”də həyəcan sirenlərinin səslənməsindən xəbər verib.
Livan Hizbullahı həmçinin sionist rejimin Təl-Əviv ətrafında yerləşən aviabazasına zərbə endirdiyini açıqlayıb.
Hizbullahın yaydığı bəyanatda qeyd olunur ki, Qəzzə zolağında mətanətli Fələstin xalqına, onun qəhrəmancasına və nəcib müqavimətinə dəstək olaraq, eləcə də Livan və onun xalqının müdafiəsi istiqamətində “Xeybər” əməliyyatı çərçivəsində və düşmənin mülki əhalinin hədəfə alınmasına və qətliam törətməsinə cavab olaraq düşmənin hava bazası hədəfə alındı.
Bəyanatın davamında bildirilir: “İslami müqavimətinin döyüşçüləri Təl-Əviv ətrafında yerləşən Sedeh Dov aviabazasını “Fadi 4” raketləri ilə vurub.”
Sizin rəyiniz