2 oktyabr 2024 at 10:50
Jurnalist kodu: 5564
Xəbər kodu: 85615290
T T
0 Persons
Əraqçi: İranın raket əməliyyatı BMT Nizamnaməsinin 51-ci maddəsinə və qanuni müdafiə hüququna əsaslanır

Tehran - İRNA - Ölkəmizin xarici işlər naziri İngiltərə, Almaniya və Fransanın xarici işlər nazirləri ilə telefon danışığında deyib: İran İslam Respublikası yalnız Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq qanuni müdafiə hüququndan istifadə edib və ancaq sionist rejimin hərbi və təhlükəsizlik bazalarını hədəfə alıb.

İRNA-nın xarici siyasət şöbəsinin məlumatına görə, ölkəmizin xarici işlər naziri Seyid Abbas Əraqçi bu gecə İngiltərə, Fransa, Almaniya və bəzi digər ölkələrin xarici işlər nazirləri ilə İran İslam Respublikası silahlı qüvvələrinin bu gecə həyata keçirdiyi raket əməliyyatı və Qəzza və Livandakı gərginlik barədə danışıb. 

Əraqçi bu danışıqlarda sionist rejimin terror hücumundan və Tehranda İsmayıl Həniyənin şəhadətə yetirilməsindən sonra 2 aydan çox müddət ərzində İranın təmkinli olmasına və bu rejimin Qəzzada müharibəni alovlandırmasının davam etməsinə və Livana genişləndirməsinə, indiyə qədər 42 mindən çox Qəzza və Livan əhalisinin ölümünə səbəb olan zülmə məruz qaldığını bildirərək dedi: İran İslam Respublikası yalnız Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq qanuni müdafiə hüququndan istifadə edib və müstəsna olaraq sionist rejimin hərbi və təhlükəsizlik bazalarını hədəfə alıb. 

Ölkəmizin diplomatiya orqanının rəhbəri vurğulayıb: Əməliyyat başa çatıb, lakin sionist rejim cavab verməyə çalışsa, cavabımız daha sərt olacaq. İran İslam Respublikası müharibədən qorxmasa da, gərginliyi və müharibəni artırmağa çalışmır. 

0 Persons

Sizin rəyiniz

You are replying to: .