İRNA-nın çərşənbə günü verdiyi xəbərə görə, Yəmən Ali Siyasi Şurasının sədri Məhdi əl-Məşat Livan Hizbullah Hərəkatının Baş katibi şəhid Seyid Həsən Nəsrullahın anım mərasimində deyib: “İslam ümməti böyük sərkərdə Seyid Həsən Nəsrullahın şəhadət xəbərini eşitdikdə ağır kədərlə üzləşdi.”
Yəmən Ali Siyasi Şurasının üzvü Əbdüləziz bin Həbtur Məhdi əl-Məşatın çıxışının mətnini oxuyub.
O, vurğulayıb: “Müqavimət oxu açıq şəkildə bəyan etdi ki, bu böyük sərkərdənin şəhid olmasına baxmayaraq, birlik və vəhdətini qoruyur və bütün fitnələrə qarşı mübarizə aparacaq.”
Sizin rəyiniz