2 oktyabr 2024 at 21:55
Jurnalist kodu: 5561
Xəbər kodu: 85616104
T T
0 Persons
Müharibə ardınca deyilik - Regionun təhlükəsizliyi bütün müsəlmanların təhlükəsizliyidir

Tehran - İRNA - Prezident Qətər Əmiri ilə birgə mətbuat konfransında İranın müharibə ardınca olmadığını vurğulayaraq deyib: “Regionun təhlükəsizliyi bütün müsəlmanların təhlükəsizliyidir.”

Bu gün 2 oktyabr çərşənbə günü günorta saatlarında yüksək rütbəli heyətin müşayiəti ilə Qətərə səfər edən doktor Məsud Pezeşkiyan Qətər Əmiri Təmim bin Həməd Ali-Sani ilə birgə mətbuat konfransında İranın Qətərlə əlaqələri inkişaf etdirmək ardınca olduğunu vurğulayaraq deyib: “İki ölkənin ortaq iradəsi əməkdaşlığın səviyyəsini yüksəltməkdir və biz bunu gücləndirə bilməyimizə əminik.”

Prezident İranın texnologiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirməyə hazır olduğunu bəyan edərək deyib: “Regionun təhlükəsizliyi bütün müsəlmanların təhlükəsizliyidir və biz müharibə ardınca deyilik.”

Pezeşkiyan sonra deyib: “Mən Prezident seçiləndən bəri bütün danışıqlarımda deməyə çalışmışam ki, biz sülh, əmin-amanlıq ardıncayıq. Çünki heç bir ölkə və region müharibə ilə inkişaf edə bilməz.”

Doktor Pezeşkiyan bir daha vurğulayıb ki, İran müharibə istəmir və bizi reaksiya verməyə məcbur edən İsraildir.

İsrailin andiçmə günü qonağımızı Tehranda qətlə yetirdiyini bildirən Prezident deyib: “Bizə dedilər ki, gözləyin, sülh yaratmaq istəyirik. Əgər cavab versəniz, sülh olmayacaq. Biz də sülhə görə dözüm göstərdik. Amma bu namərdlər qırğını dayandırmaq əvəzinə həm Qəzzədə, həm də Livanda cürətləndilər.”

“İsrail, tarixdə heç bir cinayətkarın etmədiyi cinayətlər törətdi. Biz cavab verməyə məcbur olduq. Başqa hərəkət etmək istəsə, daha sərt cavab verəcəyik. İslam Respublikası bu vədinə sadiqdir” - deyə, Prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, sionist rejimin çirkin məqsədləri regionda təhlükə yaratmaq və böhranı yaymaqdır, biz böhranın qarşısını almalıyıq.

Prezident deyib: “Avropa və Amerika ölkələrindən istədiyimiz budur ki, bölgədə əkdiyi şəxsdən qırğını dayandırmağı, bölgəni təhlükəli əraziyə çevirməməyi tələb etsin. Çünki bu heç bir hökumətin xeyrinə deyil.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .