3 oktyabr 2024 at 15:51
Jurnalist kodu: 5564
Xəbər kodu: 85616725
T T
0 Persons
İranın İsrailə hücumunda raketlər haradan atılıb və haranı vurub?

Tehran - İRNA - İran İslam Respublikası sionist rejimi İranın suverenliyini pozan və Müqavimət Cəbhəsi şəhidlərini və İnqilab Keşikçiləri Korpusunun başıuca generalını terror etdiyinə görə cəzalandırmaq məqsədi ilə sionist rejimin terror aparatının həyati mərkəzlərini darmadağın edib.

Çərşənbə axşamı Tehran vaxtı ilə saat 20.00-da əvvəl sionist rejim mediaları xəbər verdilər ki, İran İslam Respublikasının müdafiə bazalarından sionist rejim torpaqlarına doğru bir neçə raket atılıb və bir neçə saat ərzində İsrail səmasına çatacağı güman olunur. Lakin tam inanılmaz halda İran raketləri 12 dəqiqə ərzində sionist rejimin işğal etdiyi ərazilərinin səmasında göründü. 

Fars, Ərak, Qəzvin, Təbriz və Kirmanşah əyalətlərində İran xalqı İran raketlərinin atışını əks etdirən görüntülər paylaşdılar. Bir neçə dəqiqə sonra bu raketlər ardıcıl və aman vermədən sionist rejimin Hatsarimdəki hərbi bazalarını, F-35 qırıcı eskadrilyasının Nəvatimdəki bazasını, Aşkelondakı qaz platformalarını və Təl-Əvivdəki Mossad kəşfiyyat mərkəzini hədəfə aldılar. 

İranın İsrailə hücumunda raketlər haradan atılıb və haranı vurub?

SEPAH-ın əməliyyata başlamasından bir neçə dəqiqə sonra yaydığı bəyanatdan məlum oldu ki, bu qərar Ali Milli Təhlükəsizlik Şurasının qərarı və Silahlı Qüvvələrin Baş Qərargahının əmri ilə şəhid Həniyyə, general-mayor Nilfuruşan və müqavimət cəbhəsinin lideri Seyid Həsən Nəsrullahın şəhid edilməsində sionist rejimin cinayətlərinə cavab vermək üçün verilib. 

SEPAH öz bəyanatında ciddi şəkildə xəbərdarlıq etmişdi ki, sionist rejimin hər hansı əks tədbiri daha güclü reaksiyaya səbəb olacaq. Bu cavabın hansı olması ilə bağlı Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Baqiri bildirdi ki, əgər sionist rejim cavab versə, biz bu rejimin həyati infrastrukturlarını hədəfə alacağıq.

İranın raket hücumları işğal olunmuş ərazinin hər yerindən görünəcək şəkildə həyata keçirildi, lakin sionist rejimin Qəzzə və Livandakı cinayət üslubundan fərqli olaraq, bu hücumlar hərbi mərkəzlərə qarşı icra edildi. İran insansevər yanaşmaya əsaslanaraq İsrail yaşayış qəsəbələrini və mülki insanları hədəf almaqdan imtina etdi.  

Bu raketlərin atış növü, o tərəfdən də Dəmir qübbə, Peykan 2 və Davud sapandı müdafiə sistemlərinin acizliyi göstərdi ki, İranın yeni raketlərinin izlənə bilməməsi ilə bağlı iddiası tamamilə doğrudur. 

İran xalqının könüllü xalq sevinci və milli və dini qeyrət dalğası Təbriz, Ərdəbil, Tehran, Məşhəd şəhərlərindən başladı və sürətlə bütün İran şəhərlərinə yayıldı. İnsanlar bu milli aksiyanı atəşfəşanlıq, inqilabi şüarlar və mahnılar oxuyaraq, şirniyyat paylamaqla qeyd edirdilər. Bu şənliklər təkcə İranda deyil, eyni zamanda Livan, İraq ərazisində və Fələstin düşərgələrində də keçirilib.  

Sionist rejim ilk vaxtlar həm də öz saxta iddiası ilə raketlərin əksəriyyətinin zərərsizləşdirildiyini iddia etmiş, eyni zamanda senzura və insanları təhdid yolu ilə müdafiə sisteminin zəifliyinin işıqlanmamaısna çalışdı. Amma raketlərin sürəti bu rejimin mediasının sürətini aşdı və nəticədə Netanyahu yeraltı sığınacağından titrəyən əlləri ilə İranı hədələyən video yayımlamalı oldu.

0 Persons

Sizin rəyiniz

You are replying to: .