İRNA-nın xarici siyasət üzrə məlumatına əsasən, İran İslam Respublikası və Fars Körfəzi Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin xarici işlər nazirləri iclasda son regional və beynəlxalq hadisələri müzakirə ediblər, region ölkələrinin müxtəlif sahələrdə bir-biri ilə yaxınlaşması və əməkdaşlığını vurğulayıblar.
Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Ali-Saninin sədrliyi ilə keçirilən bu iclasda İran İslam Respublikası və Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri regiondakı hadisələri nəzərdən keçirdikdən sonra iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi, regionun inkişafı və çiçəklənməsi üçün əməkdaşlıq yollarının tapılması məqsədilə ikitərəfli və çoxtərəfli danışıqların davam etdirilməsini vurğulayıblar.
İran İslam Respublikasının Xarici İşlər naziri Əraqçi bu görüşü alqışlayaraq, ölkəmizin qonşularına daim diqqət yetirdiyini, regional əməkdaşlığın inkişaf etdirilməsi və regionun bütün ölkələrinin iştirakı ilə güclü regionun yaradılması istiqamətində irəlilədiyini vurğulayıb.
Ölkəmizin Xarici İşlər naziri regionun inkişaf və tərəqqisini onun sabitliyindən və təhlükəsizliyindən asılı olduğunu bəyan edib, region ölkələrinin əməkdaşlığı və sinerjisi ilə regionun təhlükəsizliyinin və inkişafının təmin ediləcəyinə ümidvar olduğunu bildirib.
Sizin rəyiniz