İran lideri Ayətullah Xameneinin Tehranda cümə namazında verdiyi açıqlamaların ən mühüm məqamları bunlardır:
Ayətullah Xamenei: Quranın müsəlmanlar üçün siyasəti ondan ibarətdir ki, müsəlman hökumətləri bir-biri ilə həmrəy olmalıdır. Əgər sizdə bu həmrəylik olarsa, Allahın izzəti sizindir və düşmənlərinizə qalib gələcəksiniz.
- Düşmənin siyasəti parçalamaq və idarə etməkdir. Müsəlman ölkələrində bu siyasətləri müxtəlif üsullarla həyata keçirdilər, amma bu gün millətlər oyandı; Bu gün İslam və müsəlmanların düşmənlərinin bu hiyləsinə qalib gələ biləcəyiniz gündür.
- İranın düşməni Fələstin, Livan, İraq, Misir, Suriya və Yəmənin düşmənidir. Düşmən hər yerdə xüsusi üsulla işləyir, amma komanda otağı eynidir və oradan əmr alırlar. Düşmənin fikri bir ölkədən rahat olsa, o biri ölkənin ardınca gedəcək.
- Müsəlmanlar artıq qafil olmamalıdırlar. Biz Əfqanıstandan Yəmənə qədər bütün İslam ölkələrində müdafiə və müstəqillik üçün ciddi çalışmalıyıq.
- Əl-Əqsa tufanı qanuni bir hərəkət idi və fələstinlilər haqlı idilər. Livanlıların Qəzzə xalqının müdafiəsi leqal və qanuni bir addımdır. Silahlı qüvvələrimizin parlaq işi tamamilə leqal və qanuni iş idi.
- Fələstin xalqının torpaqlarını işğal edən və həyatını məhv edən düşmənə qarşı durmaq haqqı var. Fələstinliləri müdafiə etmək qanuni, onlara kömək etmək də qanunidir.
- Seyid Həsən Nəsrullahın cismi getdi, lakin onun əsl şəxsiyyəti, ruhu, yolu, aydln səsi hələ də aramızdadır və olacaq. O, zülmkar və yırtıcı hegemonlara qarşı uac müqavimət bayrağı idi. Onun nüfuzu Livan, İran və ərəb ölkələrindən kənara çıxnışdı, indi onun şəhadəti bu təsirini artıracaq.
Bədxah və alçaq düşmən Hizbullah və ya HƏMAS və ya İslami Cihad və digər Allah yolunda cihad edən təşkilatlara ciddi ziyan vura bilmədiyi üçün terror, dağıdıcılıq, bombardman, dinc əhalinin öldürülməsi və silahlı olmayan insanların kədərlənməsini öz qələbəsinin əlaməti hesab edir. Nəticə nədir? Bu davranışın məhsulu qəzəbin cəmləşməsi və insanların motivasiyasının artması və kişilərin, generalların və liderlərin və daha çox canından keçənlərin ayağa qalxması və qaniçən canavarın əhatə dairəsinin daralması və nəhayət, varlıq səhnəsindən onun rüsvayçı vücudunun aradan silinməsidir. İnşa Allah.
-Seyid Həsən Nəsrullahın dünya həyatında sizə, Livanın vəfalı xalqına verdiyi ən mühüm şifahi və əməli mesaj İmam Musa Sədr və Seyid Abbas Musəvi və başqaları kimi görkəmli şəxsiyyətlərin itirilməsindən məyus olmamaq və narahat olmamaq idi; Mübarizə yolunda çəkinməyin; Səylərinizi və gücünüzü artırın; Həmrəyliyinizi ikiqat edin; İman və etimadı gücləndirməklə təcavüzkar düşmənə qarşı müqavimət göstərin və onu məğlub edin. Şəhid Seyidimizin öz millətindən, müqavimət cəbhəsindən, bütün İslam ümmətindən istədiyi budur.
-Yaralı və qanlı Livana başsağlığı vermək bizim və bütün müsəlmanların borcudur. Hizbullah və Şəhid Seyid Qəzzanı müdafiə edərək, Məscidül-Əqsa uğrunda cihad edərək, qəsbkar və zalım rejimə zərbə endirərək, bütün bölgəyə və bütün İslam dünyasına həyati xidmətə doğru addım atdılar.
- Amerika və onun əlaltılarının qəsbkar rejimin təhlükəsizliyinin qorunmasına arxalanması, sionist rejimi bu regionun bütün resurslarını ələ keçirmək və ondan böyük qlobal münaqişələrdə istifadə etmək üçün öz alətinə çevirmək kimi öldürücü siyasətinə pərdədir. Onların siyasəti sionist rejimi regiondan enerjinin Qərbə ixracı və Qərbdən bölgəyə mal və texnologiya idxalı üçün mərkəzə çevirməkdir. Bu, qəsbkar rejimin mövcudluğuna və bütün regionun ondan asılılığına zəmanət vermək deməkdir. Rejimin döyüşçülərə qarşı amansız və qəddar davranışı belə bir vəziyyətə olan hərisliyindən irəli gəlir.
- [Sionist rejim] sadəcə olaraq Amerikanın dəstəyi ilə özünü güclə ayaqda saxladı; Bu da uzun sürməyəcək; Allah qoysa. Bu iddianın aydın səbəbi odur ki, artıq bir ildir ki, düşmən Qəzzada və Livanda və ABŞ və bir sıra digər Qərb hökumətlərinin tam dəstəyi ilə bir neçə min döyüşçü və mücahidlə qarşıdurmada bir neçə milyard dollar xərcləyərək mühasirəyə alınan və kənardan heç bir kömək almayan bir neçə min döyüşçü və Allah yolunda cihad edən şəxs ilə qarşıdurmada uğursuzluğa düçar oldular və onların yeganə hünərləri evləri, məktəbləri, xəstəxanaları və silahsız əhali mərkəzlərini bombalamaqdan ibarət olmuşdur!
- Livan və Fələstinin müqavimətçi xalqı! Cəsur döyüşçülər və səbirli və qədirbilən insanlar! Bu şəhadətlər, yerə tökülən bu qanlar sizin hərəkətinizi zəiflətmir, [əksinə] daha da gücləndirir. İran İslam Respublikasında bir ilin yayının təxminən üç ayında (1981-ci il) onlarla görkəmli və seçkin şəxsiyyətimiz qətlə yetirildi, onlardan biri Seyid Məhəmməd Beheşti kimi böyük şəxsiyyət, biri Rəcai kimi prezident və Bahünər kimi baş nazir, Ayətullah Mədəni, Quddusi, Haşiminejad kimi alimlər və onlar kimi başqaları idi. Bunların hər biri milli və ya yerli səviyyədə inqilabın sütunları sayılırdı və onların itirilməsi asan iş deyildi; Lakin inqilab dayanmadı, geri çəkilmədi, əksinə sürətləndi.
- Regiondakı müqavimət bu şəhadətlərlə geri çəkilməyəcək və qalib gələcək. Qəzzada müqavimət dünyanın gözünü qamaşdırdı; İslama şərəf verdi. Qəzzədə İslam sinəsini bütün pisliklər və bədxahlar qarşısında sipər etmişdir. Elə bir azad insan yoxdur ki, bu meqaviməti alqışlamasın, zalım, qaniçən düşmənini lənətləməsin.
- Kiminsə və hər hansı bir qrupun rejimə qarşı hər hansı zərbəsi bütün regiona və bütün bəşəriyyətə xidmətdir. Şübhəsiz ki, bu sionist və amerikan arzusu batil və qeyri-mümkün bir fantaziyadır. Sionist rejim yer üzündən qoparılmış, ilahi doğru vədə əsasən bərqərar olmayan şər ağacdır.
- Əl-Əqsa tufanı, Qəzza və Livanın bir illik müqaviməti qəsbçi rejimi o yerə çatdırdı ki, indi onun ən mühüm qayğısı varlığını qoruyub saxlamaqdır; Yəni, bu rejimin mövcudluğunun ilk illərində də eyni narahatlıq var idi. Bu o deməkdir ki, Fələstin və Livan döyüşçülərinin mübarizəsi sionist rejimi yetmiş il geriyə qaytara bilib.
- Bu regionda müharibə, əmin-amanlıq və geriliyin əsas səbəbi “sionist rejimin mövcudluğu” vəd regionda sülh və əmin-amanlıq axtarışında olduqlarını iddia edən hökumətlərin mövcudluğudur. Regionun əsas problemi “xarici müdaxilə”dir. Bu regionun hökumətləri burada sülh və təhlükəsizlik bərqərar etməyə qadirdir. Bu böyük və xilaskar məqsəd üçün “xalqların” və “dövlətlərin” səy göstərməsi və mübarizəsi lazımdır.
Sizin rəyiniz