Müctaba Əmani televiziyaya müsahibəsində deyib: “Bu hadisədən təxminən 16 gün keçir. Şayiələrdən fərqli olaraq, mənim gözümdə problemim yaranmayıb. Əlimə görə müalicə alıram. Əlilliyə səbəb olan zədəm yoxdur. Ümid edirəm ki, digər yaralılara da dəymiş xəsarətlər az olsun.”
Əmani əlavə edib: “Onlar daim insan haqları şüarları səsləndirən bəzi Avropa ölkələrinin əməkdaşlığı ilə casusluq əməliyyatında partlayıcı maddələri bu peycerlərə yerləşdiriblər. Onların bu əməliyyatı niyə indiki vaxtda etdikləri ilə bağlı müxtəlif təhlillər var. Hər halda bu hərəkət müharibə qanunlarına və beynəlxalq qanunlara zidd idi, hətta kütləvi qətl aktı hesab olunur.”
Səfir deyib: “Yaralanan və şəhid olanlardan bir neçəsi uşaqlar idilər. Bu cihazlar ya onların ixtiyarında olub, ya da olduqları yerdə olub və gələn mesaja baxmaq üçün cihaza tərəf gediblər. Bu cihaz mənim də otağımda var idi, baxmayaraq ki, mən ümumiyyətlə ona çox fikir vermirdim. Çünki səfirliyin digər hissələri bu işə cavabdehdir və bu işlə məşğuldurlar. Amma həmin gün təsadüfən müvafiq düyməni basdım və peycer mənim əllərimdə partladı.”
Sizin rəyiniz