5 oktyabr 2024 at 18:48
Jurnalist kodu: 5561
Xəbər kodu: 85618524
T T
0 Persons
İran və Suriya Qəzzədə soyqırımı dayandırmaq üçün beynəlxalq həmrəylin zəruriliyini vurğuladılar

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib: “İran və Suriya Qəzzədə işğalçı rejimin soyqırım cinayətini və Livana qarşı təcavüzlərini dayandırmaq üçün beynəlxalq dəstək və həmrəyliyi səfərbər etmək məqsədilə ikitərəfli və çoxtərəfli səviyyələrdə daha çox əməkdaşlıq və koordinasiyanın zəruri olduğunu vurğulayıblar.”

Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai Hamane X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: “Xarici İşlər naziri Seyid Abbas Əraqçi Suriyanın Xarici İşlər naziri Bəssam Əl-Sabbağ ilə çox faydalı görüş keçirib.”

“Bu görüşdə iki nazir ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını müzakirə ediblər. Onlar regionda baş verən son hadisələri də müzakirə ediblər”- deyə, mətbuat katibi əlavə edib.

Bəqai yazıb: “Tərəflər Qəzzədə işğalçı rejimin soyqırım cinayətlərini və Livandakı təcavüzlərini dayandırmaq üçün beynəlxalq dəstək və həmrəyliyi səfərbər etmək üçün ikitərəfli və çoxtərəfli səviyyədə daha çox əməkdaşlıq və koordinasiyanın zəruriliyini vurğulayıblar.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .