7 oktyabr 2024 at 19:34
Jurnalist kodu: 5564
Xəbər kodu: 85620883
T T
0 Persons
Əraqçi Misirin Xarici İşlər naziri ilə telefon danışığında: Sionist rejimin istənilən avantürasına sərt cavab verəcəyik

Tehran - İRNA - Xarici İşlər naziri deyib: “İran İslam Respublikası regionda gərginliyi və müharibəni artırmağa can atmır, amma müharibədən də qorxmur və sionist rejimin hər hansı yeni hərəkət və avantürasına sərt və uyğun cavab verəcək.”

Ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə Misirin Xarici İşlər naziri Bədr Əbdül-Ati bu gün, bazar ertəsi, oktyabrın 7-də günortadan sonra telefon danışığında regiondakı son hadisələri müzakirə ediblər.

Bu söhbətdə tərəflər sionist rejimin Livan və Qəzzəyə təcavüzünün dayandırılması və qaçqınlara humanitar yardımların göndərilməsi üçün diplomatik səylərin artırılmasının vacibliyini vurğulayıblar.

Ölkəmizin Xarici İşlər naziri Beyruta son səfərinə toxunaraq, Livandakı müqavimətin vəziyyətini əlverişli adlandırıb və müqavimət qüvvələrinin sionist rejim ordusunun mümkün quru hücumu ilə üzləşməyə tam hazır olduğunu vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .