İran İslam Respublikasının qız və oğlanlardan ibarət taekvondo milli komandası Cənubi Koreyada keçirilən yeniyetmələr arasında dünya çempionatında dünya birinciliyini qazandıqdan sonra İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu uğurdan məmnunluğunu ifadə edərək, bu böyük nailiyyətin qazanılması münasibətilə milli komandanın idmançıları, texniki heyəti və İran Taekvondo Federasiyasının rəsmiləri təbrik edib.
Təbrik mesajı Taekvondo Milli Komandalarının Baş Katibi və Texniki Direktoru Dr. Əsgər Rəhimiyə Ali Rəhbərin Aparatından zəng zamanı çatdırılıb.
Məlumata görə, 1-6 oktyabr tarixlərində Cənubi Koreyanın ev sahibliyi ilə Çançon şəhərində keçirilən 96 ölkədən 936 taekvondoçunun iştirakı ilə yeniyetmələr arasında 14-cü taekvondoçular arasında dünya çempionatı keçirilib.
Qızlar qrupunda İran komandası dörd qızıl və bir gümüş, oğlanlar qrupunda isə İran komandası üç qızıl, bir gümüş və iki bürünc medalla çempion olub.
Sizin rəyiniz