8 oktyabr 2024 at 22:47
Jurnalist kodu: 5561
Xəbər kodu: 85622148
T T
0 Persons
Hizbullahın Fələstin xalqının müqavimətinə dəstək üçün 366 gündə 3200 əməliyyatı

Tehran - İRNA - Livan İslami Müqaviməti son bir il ərzində sionist rejimin mövqelərinə qarşı 3144 əməliyyat keçirdiyini açıqlayıb.

Livan Hizbullahı infoqrafika dərc edərək bildirib ki, 2023-cü il oktyabrın 8-dən 2024-cü il oktyabrın 8-dək işğal olunmuş ərazilərin şimalında hərbi mövqelərə və sionist qəsəbələrə qarşı ümumilikdə 3 min 144 əməliyyat həyata keçirib.

Hizbullah bu əməliyyatların Fələstin xalqına və Qəzzə zolağında müqavimətə dəstək olmaq, həmçinin Livanı müdafiə etmək üçün həyata keçirildiyini açıqlayıb.

Livan İslam Müqavimətinin dərc etdiyi infoqrafikaya əsasən, Hizbullahın son bir ildəki əməliyyatları 100 sionist qəsəbəsinin boşaldılmasına və 300 mindən çox sionist köçkünün öz evlərini tərk etməsinə səbəb olub.

0 Persons

Sizin rəyiniz

You are replying to: .