9 oktyabr 2024 at 12:22
Jurnalist kodu: 5564
Xəbər kodu: 85622668
T T
0 Persons
Hizbullah Hayfaya və Leviatan qaz platformasına raket hücumu edib - Davudun sapandı sistemi aktivləşib + VİDEO

Tehran - İRNA - Livan Hizbullahı bu gün səhər saatlarında Hayfa bölgəsi və ətrafını və işğal olunmuş ərazilərin şimalındakı "Leviatan" qaz platformasını raketlərlə hədəfə alıb.

Sionist rejim mediası Hizbullah tərəfindən ən azı 10 raket atıldığını və bu hücumların ardınca Hayfa bölgəsindən işğal olunmuş ərazilərin şimalındakı Qaysariya bölgəsinə qədər həyəcan siqnalı çalındığını bildirib. 

Sionist rejimin 14-cü kanalı da Livandan Hayfa bölgəsinə atılan 2 raketin qarşısını almağa cəhd etmək üçün Davud sapandı kimi tanınan Raket Əleyhinə Müdafiə sisteminin işə salındığını elan edib. 

Sionist xəbər saytı “Valla” xəbər verib ki, Hizbullah bu çərşənbə səhəri sionist rejimin Leviatan qaz çıxarma platformasına raket atıb. 

Hizbullahın bu əməliyyatı sionist rejimin Beyrutun cənubundakı Dahiya bölgəsi və Livanın cənub və Bəqa bölgələrinə ardıcıl təcavüzkar hücumlarına cavab olaraq həyata keçirilib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .