Oktyabrın 10-da Özbəkistanın Səmərqənd şəhərində avarçəkmə üzrə Asiya çempionatı başlayıb və İranın avarçəkmə üzrə milli komandası bu yarışlarda 5 idmançı ilə iştirak edir.
Bu gün keçirilən ilk yarışda qadınlar arasında yüngül çəkidə tək avarçəkmə üzrə finalda Qazaxıstan, Honq-Konq, Özbəkistan, Vyetnam və Tailanddan olan rəqibləri ilə qarşılaşan Zaynəb Novruzi yekunda 8:02.721 dəqiqə nəticə ilə qızıl medala sahib olub. Bu yarışda Özbəkistan və Honq Konq təmsilçiləri gümüş və bürünc medal qazanıblar.
Bugünkü yarışın davamında qadınların tək avarçəkmə yarışlarının finalında Çin Taypeyi, Çin, Özbəkistan, Honq Konq və Yaponiyadan olan rəqibləri ilə qarşılaşan Fatimə Mücəlləl yekunda 7:50.701 dəqiqə nəticə ilə gümüş medala sahib olub.
Sizin rəyiniz