15 oktyabr 2024 at 15:02
Jurnalist kodu: 5564
Xəbər kodu: 85628798
T T
0 Persons
Astara-Astara dəmir yolu xəttinin tamamlanması üçün İran və Azərbaycan arasında davamlı əməkdaşlığın zəruriliyi

Tehran - İRNA - İran İslam Respublikası Dəmir Yolunun baş direktoru Astara-Astara dəmir yolu xəttinin tamamlanması üçün İran və Azərbaycan Respublikası arasında davamlı əməkdaşlığın zəruriliyini vurğulayıb, gələcəkdə dəmir yolu əməkdaşlığının genişləndirilməsi üçün anlaşma memorandumlarının imzalanacağını açıqlayaraq deyib: “Hesablamalara görə, Şimal-Cənub dəhlizindən ildə 10 milyon ton yük daşımaq mümkündür.”

Cabbar Əli Zakiri Azərbaycan Dəmir Yollarının rəhbəri Rövşən Rüstəmovun iştirakı ilə keçirilən Astara-Astara dəmir yolunun birləşdirilməsi layihəsi və yük stansiyası ilə bağlı iclasda bildirib: “İki ölkənin dəmir yolları arasında qədimdən bəri əməkdaşlıq olub. Ümid edirik ki, dəmir yolu xətləri ilə bağlı tərəflərin birgə fəaliyyəti nəticəsində bu əməkdaşlıq davam edəcək.”

Zakiri sonra deyib: “Bölgədə baş verən proseslərlə əlaqədar olaraq Rusiyadan Hind okeanına və əksinə yüklərin daşınmasına ehtiyac artmasına diqqət etməklə, bu məsələ çox vacibdir.”

Yol və Şəhərsalma nazirinin müavini deyib: “BRİKS sammiti çərçivəsində də İran və Azərbaycan Respublikasının dəmir yolu məsələləri müzakirə olunacaq. Bu kontekstdə İran və Rusiya arasında yeni Şimal-Cənub dəhlizinin gündəmə gətirilməsi ilə bağlı Moskvadan təklif almışıq.”

“İranın bir sıra beynəlxalq nəqliyyat şirkətləri yaxşı fəaliyyətə başlayıblar. Bu müsbət tədbirləri Tehran və Bakı daha da aktivləşdirməlidir” - deyə, o, əlavə edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .