15 oktyabr 2024 at 21:39
Jurnalist kodu: 5561
Xəbər kodu: 85629108
T T
0 Persons
Şeyx Nəim Qasim: İşğal olunmuş ərazilərdə istədiyimiz yeri hədəfə alacağıq

Tehran - İRNA - Livan Hizbullah Hərəkatı Baş katibinin müavini sionist rejimi region və dünya üçün təhlükə adlandıraraq vurğulayıb ki, Livan islami müqavimətinin qüvvələri nəhayət, bu rejimi məğlub edəcək və kökünü kəsəcəklər.

Livan Hizbullahı Baş katibinin müavini Şeyx Nəim Qasim bugünkü çıxışında vurğulayıb: “Hizbullah son nəticədə işğalçı rejimi məğlub edəcək.”

Şeyx Nəim bildirib: “Müqavimət qüvvələri qətiyyən ölümdən qorxmurlar. Halbuki, sionist düşmən çarəsiz vəziyyətə düşüb və sionist rejimin bütün işi UNIFIL qüvvələrini öldürmək, məscid və kilsələri partlatmaq, insanların yardımını hədəfə almaqdır.”

Hizbullah Baş katibinin müavini çıxışının davamında deyib: “Biz iki həftədir ki, sionist rejimlə birbaşa müharibədəyik, döyüşçülərimiz müxtəlif yerlərdə sionist əsgərlərlə döyüşür, qardaşlarımızın son iki həftə ərzində meydanda əldə etdikləri gözləntilərimizdən də yüksək olub.”

“Gənclərimiz sionist rejim ordusuna böyük dərs vermək üçün gözləyirlər” - deyə, o, əlavə edib.

Şeyx Nəim deyib: “Təxminən bir həftədir ki, düşmənə ağrılı zərbələr endirmək tənliyini həyata keçirmək qərarına gəldik. Müqavimət raketləri Hayfaya və ondan uzağa çatdı. Biz işğal olunmuş ərazilərdə istədiyimiz yeri və uyğun bildiyimiz hər nöqtəni hədəfə alacağıq. Belə ki, raketlərimiz və dronlarımız Təl-Əvivə də çatıb. İsrail bazar günü yüzlərlə yaralı olduğunu etiraf etdi, halbuki, mütləq (tələfatın doğru sayı) bunlardan çox idi.”

Hizbullah rəsmisi bununla bağlı deyib: “Düşmən bütün Livanı hədəfə aldığına görə bizim düşmənin istənilən yerini hədəfə almağa, uyğun bildiyimiz nöqtəni seçməyə haqqımız var.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .