Bəqayi vurğuladı: Üç Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları İranın tərkib hissəsidir və olacaqdır. Çaşdırıcı məfhum və müddəalardan istifadə etmək və ya İran torpaqlarının bu mühüm hissəsi haqqında yalan və yalnış iddiaların təkrarlanması reallığı dəyişdirməkdə heç bir nəticə verməyəcək. İran İslam Respublikası qeyd olunan adaları İran ərazisinin ayrılmaz hissəsi hesab edir və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə hörmət edərək və mehriban qonşuluq prinsipinə hörmət etməklə, sözügedən İran adalarına qarşı öz milli suverenliyini və suveren səlahiyyətlərini həyata keçirir.
O bildirib: Gözlənilən bu idi ki, region dövlətləri Aİ-yə üzv dövlətlərin başçıları ilə - onların bəziləri İsrailin aparteid rejiminə əsas silah və siyasi dəstək tədarükçüləri arasındadır - birgə görüş fürsətindən istifadə edəcəklər və onları məsuliyyətə cəlb etmək və İsrailin soyqırımını və təcavüzünü dayandırmaq və rejimin tərəfdarlarını bu işğalçını rejimlə əməkdaşlıq etməkdən çəkinməyə sövq edəcəklər.
Sizin rəyiniz