İran səfiri bu məktubda Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın sionist rejimin Qəzzada törətdiyi cinayətlərin təqibində diqqət və addımlarını yüksək qiymətləndirib.
O, daha sonra bu rejimin Livanda minlərlə dinc sakinin ölümünə və yaralanmasına səbəb olan son hücumlarına işarə edərək, bu cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.
Fərəcvənd vurğulayıb ki, sionist rejim Amerika və digər ölkələrin dəstəyi ilə Qəzzada bir ildir ki, soyqırım və müharibə cinayətləri törətməyə davam edir və hazırda müharibəni Livana qədər genişləndirib.
O əlavə edib: Livanda bu rejimin son zamanlar dinc əhaliyə qarşı törətdiyi cinayətlər insanlığa qarşı cinayətlərin bariz nümunələridir. Bu vəhşi hərəkətlər regionda və dünyada sülh və təhlükəsizliyə ciddi təhdiddir və beynəlxalq ictimaiyyət cəzasızlığa son qoymaq və bu rejimin məmurlarını məsuliyyətə cəlb etmək üçün tez hərəkət etməlidir.
Sizin rəyiniz