24 oktyabr 2024 at 12:45
Jurnalist kodu: 5564
Xəbər kodu: 85638064
T T
0 Persons
Əraqçi: Biz İran adaları ilə bağlı mövqelər bildirmək imkanını itirməmişik

Kazan - İRNA - Xarici işlər naziri Fələstin məsələsi və sionist rejimin cinayətlərinin dayandırılmasını İran və Birləşmiş Ərəb Əmirlikləri başçılarının görüşündə əsas mövzu adlandırıb və üç ada ilə bağlı bəzi məsələlərin qaldırılmasına toxunaraq dedi: "Heç vaxt özümüzün həlledici mövqemizi ortaya qoyma fürsətini əldən verməmişik."

2024-cü il oktyabrın 23-də çərşənbə günü axşam İran İslam Respublikasının BRİKS sammitində iştirak etmək məqsədi ilə Rusiyanın Kazan şəhərinə səfərinin ikinci gününün planlarının sonunda Abbas Əraqçi İRNA müxbirinin suallarının cavabında deyib: “Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısı cənab Şeyx Məhəmməd bin Zayid ilə görüş adi formada rəsmi görüş deyildi. Ölkə başçılarının, nümayəndə heyətlərinin toplaşaraq əsas zala gəldiyi sammitin yanındakı zalda fürsət yarandı və qısa görüş oldu.

O bildiridi: Bu görüşün əsas müzakirəsi Fələstin və həmçinin sionist rejimin cinayətlərinin dayandırılmasının zəruriliyi oldu. Görüşlərdə ikitərəfli məsələlərin də gündəmə gəlməsi təbiidir.

Xarici işlər naziri deyib: BƏƏ Fars körfəzinin cənub sərhəddində yerləşən ölkələrdən biridir və bizim bu ölkələrin hamısı ilə mühüm əlaqələr hesab edilən və İran İslam Respublikasının mehriban qonşuluq siyasətinin tərkib hissəsi olan əlaqələrimiz var. Eyni zamanda, xüsusilə üç ada məsələsində bizim də ciddi fikir ayrılıqlarımız var və bu adalarla bağlı mövqeyimizi qətiyyətlə ifadə etmək fürsətini heç vaxt qaçırmamışıq və bu adalarla bağlı mövqeyimizi qətiyyətlə bildirmişik.

0 Persons

Sizin rəyiniz

You are replying to: .