24 oktyabr 2024 at 14:29
Jurnalist kodu: 5564
Xəbər kodu: 85638163
T T
0 Persons

General-mayor Səlami: Sionist rejim THAAD sisteminə arxalanmamalıdır

24 oktyabr 2024 at 14:29
Xəbər kodu: 85638163
General-mayor Səlami: Sionist rejim THAAD sisteminə arxalanmamalıdır

Kirmanşah - İRNA - İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı sionist rejim rəhbərlərinə xəbərdarlıq edib ki, bir neçə raketə və THAAD sisteminin məhdud gücünə bel bağlamasınlar və ağılsız qərarlar verməsinlər.

General-mayor Hüseyn Səlami Kirmanşah əyalətinin Milli Şəhidlər Konqresində iqtisadiyyatının 98%-nin dənizdən asılı olan kiçik sionist ölkənin ağılsız qərarlar verməməsi lazım olduğunu bildirib və əlavə edib: Ağılsız qərarlar rejimin süqutunu sürətləndirə bilər.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı deyib: Amerikalılar da səhv edirlər və öz siyasi ləyaqətlərini sionistlərin cinayətləri ilə bağlayıblar və dünyada özlərinə nifrət qazanıblar.

General Səlami əlavə edib: Bu gün sionist rejim dünyanın ən mənfur, təcrid olunmuş və iyrənc siyasi sistemidir və bu rejimi dəstəkləyən Amerika istisna olmaqla, dünya sionistləri rəsmilikdən uzaqlaşdırıb və onlar legitimliliklərini itiriblər.

O, zülmə əsaslanan heç bir gücün sağ qala və yaşaya bilməyəcəyi ilə bağlı ilahi vəd və ənənəni xatırladaraq əlavə edib: Sionist rejim dəfn ediləcəyi qəbiristanlığı tədricən qazmaqdadır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .