24 oktyabr 2024 at 19:41
Jurnalist kodu: 5561
Xəbər kodu: 85638398
T T
0 Persons
HƏMAS: “Generallar” planına qarşı mübarizə aparmaq üçün diplomatik addımlar atırıq

Tehran - İRNA - HƏMAS bu gün, cümə axşamı sionist rejimin Qəzzə zolağının şimalı ilə bağlı “Generallar” adlanan planına qarşı çıxmaq üçün ciddi diplomatik addımlar atdığını bəyan edib.

HƏMAS-ın bəyanatında bildirilir: “HƏMAS rəhbərliyi işğalçıların planlarını zərərsizləşdirmək və Qəzzə zolağının hər yerində, xüsusən də şimalda soyqırım müharibəsi və açıq qırğınlar şəraitində törətdikləri cinayətləri dayandırmaq üçün siyasi və diplomatik hərəkət və əlaqələrə başlayıb.”

Bəyanatın davamında qeyd olunur: “HƏMAS rəhbərliyi həyata keçirdiyi və davam etdirdiyi siyasi əlaqələrdə “Generallar” planının icrasına və bunun nəticəsində yerdəyişmə və dağıntılara qarşı xəbərdarlıq edib. Bununla bağlı HƏMAS rəhbərliyindən ibarət nümayəndə heyətləri Türkiyə, Qətər və Rusiyaya səfər edib. Əlaqələrimizə Misir, BMT və İran da daxildir.”

HƏMAS-ın bəyanatında əlavə olunur ki, bir sıra digər ölkələrlə regional liderlər və rəsmilər səviyyəsində təmasların təkmilləşdirilməsi nəzərdə tutulur.

Eyni zamanda HƏMAS medianı işğalçıların Qəzzə zolağında gündəlik həyata keçirdikləri cinayətlərini daha çox ifşa etməyə çağırıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .