24 oktyabr 2024 at 19:47
Jurnalist kodu: 5561
Xəbər kodu: 85638402
T T
0 Persons
HƏMAS-ın Tehrandakı nümayəndəsi: İslam ölkələrinin alimləri insanları sionistlərə qarşı səfərbər etməlidir

Tehran - İRNA - HƏMAS-ın Tehrandakı nümayəndəsi deyib: “Əl-Əqsa Tufanının siyasi mesajı ondan ibarət idi ki, normallaşma prosesi ilə Fələstinin və İslam ümmətinin şərəfinin satılmasına və Qüdsün itirilməsinə icazə verməyəcəyik.”

HƏMAS-ın Tehrandakı nümayəndəsi Xalid Qudumi bu axşam Fələstin prospektində İmam Sadiq (ə) məscidində əhalinin və bir sıra rəsmi və siyasi xadimlərin iştirakı ilə keçirilən şəhid Yəhya Sinvarın anım mərasimində müqavimət şəhidlərinin xatirəsini ehtiramla yad edərək deyib: “Böyük mücahidlərimizin qanı müsəlmanların ilk qibləsinin müdafiəsi və Qüdsün azad edilməsi uğrunda axdı.”

Qudumi vurğulayıb: “Yollarını davam etdirmək üçün bu nəcib şəhidlərin xatirəsini ehtiramla yad edirik.”

“Şəhid Sinvar bizə Kərbəla hadisəsini və şəhidlər sərvərinin təfəkkür məktəbini xatırladır ki, dedi: Qan qılınca qalib gəlir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .