24 oktyabr 2024 at 23:01
Jurnalist kodu: 5561
Xəbər kodu: 85638483
T T
0 Persons

İsrail əsgərləri, tankları və bazaları Hizbullahın atəşi altında

24 oktyabr 2024 at 23:01
Xəbər kodu: 85638483
İsrail əsgərləri, tankları və bazaları Hizbullahın atəşi altında

Tehran - İRNA - Livan Hizbullah Hərəkatı bu gün cümə axşamı sionist rejimin Qəzzə zolağı və Livanda törətdiyi cinayətlərə cavab olaraq 21 əməliyyatla sionist rejim ordusunun mövqelərini və işğal olunmuş ərazilərin şimalındakı sionist qəsəbələri hədəfə alıb.

Hizbullah Hərəkatı yaydığı bəyanatında bildirib: “İslami müqavimət mücahidləri Qəzzə zolağında mətanətli Fələstin xalqına, onun cəsarətli və şərəfli müqavimətinə dəstək, Livan və onun xalqının müdafiəsi istiqamətində düşmən əsgərlərinin Əl-Malkiyyə bazasındakı yerini çoxlu sayda raketlə hədəfə alıblar.”

Livan müqaviməti həmçinin Udeysə, Rab Salasin və Təyyibə üçbucağında, Merkaba, Moskavaam və Əl-Mənarənin şərqində işğalçı qüvvələrin yerləşdiyi yerə bir neçə raket zərbəsi endirib.

Hizbullah başqa bir əməliyyatda birbaşa raket hücumu ilə Kərmail qəsəbəsini vurub.

Livan islami müqaviməti əməliyyatlarının davamı olaraq, Udeysə qəsəbəsinin cənub və şimal-qərbində 2 Merkava tankını ekipajları ilə birlikdə məhv etdiyini açıqlayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .