26 oktyabr 2024 at 09:09
Jurnalist kodu: 5564
Xəbər kodu: 85639266
T T
0 Persons

Ölkənin Hava Hücumundan Müdafiə Qərargahının bildirişi

26 oktyabr 2024 at 09:09
Xəbər kodu: 85639266
Ölkənin Hava Hücumundan Müdafiə Qərargahının bildirişi

Tehran - İRNA - Ölkənin Hava Hücumundan Müdafiə Qərargahı bildiriş yayıb.

Bildirişin mətni aşağıdakı kimidir:

İranın nəcib xalqının diqqətinə çatdırılır ki, İslam Respublikası rəsmilərinin cinayətkar və qeyri-qanuni sionist rejimə hər hansı avantürist hərəkətdən çəkinmələri ilə bağlı əvvəlki xəbərdarlıqlarına baxmayaraq, bu qondarma rejim bu gün səhər saatlarında gərginlik yaradacaq bir hərəkətlə Tehran, Xuzistan və İlam əyalətlərində hərbi mərkəzlərin bəzi hissələrinə hücum edib. Ölkənin birləşmiş Hava Hücumundan Müdafiə Sistemi tərəfindən bu təcavüzkar hərəkətin qarşısı uğurla alınmışdır, bəzi yerlərə məhdud şəkildə ziyan dəymişdir ki, hadisənin ölçüləri araşdırılır.

Bununla bağlı insanları həmrəylik və rahatlığı qorumağa dəvət etməklə yanaşı, xahiş olunur ki, bu hadisələrlə bağlı xəbərləri ölkə mətbuatı vasitəsi ilə izləyəsinlər, düşmən mediasının şayiələrinə əhəmiyyət verməsinlər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .