26 oktyabr 2024 at 23:29
Jurnalist kodu: 5561
Xəbər kodu: 85640293
T T
0 Persons
İranın BMT-dəki nümayəndəliyi sionist rejimin hücumunun ardınca: Amerikanın bu cinayətdə şərikliyi qətidir

Nyu York - İRNA - İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi sionist rejimin İrana hücumunun ardınca bildirib: “ABŞ-ın bu cinayətdə şərikliyi qətidir.”

İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi sionist rejimin İrana təcavüzünün ardınca şənbə günü X sosial şəbəkəsindəki istifadəçi hesabında yazıb: “Sionist rejim qırıcıları İraqın hava məkanından və İranla sərhəddən təxminən 70 mil məsafədə İranın bir neçə hərbi və radar obyektinə hücum ediblər.”

İran İslam Respublikasının BMT-dəki nümayəndəsi əlavə edib: “İraqın səması Amerika ordusunun işğalı, komandanlığı və nəzarəti altındadır. Nəticə: Amerikanın bu cinayətdə şərikliyi qətidir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .