İvrit dilli mənbələrə görə, Təl-Əvivdə yük maşını əməliyyatı zamanı yaralananların hamısı sionist rejimin hərbçiləridir.
İvrit dilli mənbələr, sürücünün yük maşınını Tel-Əvivin şimalındakı Gililot yol kəsişməsindəki İsrail bazası yaxınlığında çox sayda İsrail əsgərinin üzərinə sürdüyünü açıqladı.
İvrit dilli “Yediot Ahronoth” qəzeti yaralılardan bəzilərinin hələ də yük maşınının altında olduğunu, onlara kömək olunmadığını və vəziyyətlərinin ağır olduğunu vurğulayıb.
İsrail polisi Tel-Əvivdə Mossad qərargahı yaxınlığında yük maşını ilə əməliyyat həyata keçirən sürücünün İsrail hərbçiləri tərəfindən güllələnərək şəhid edildiyini açıqlayıb.
Sizin rəyiniz