27 oktyabr 2024 at 22:11
Jurnalist kodu: 5561
Xəbər kodu: 85641425
T T
0 Persons
Pezeşkiyan: Müharibə istəmirik, amma xalqın və ölkənin hüquqlarını müdafiə edəcəyik

Tehran - İRNA - Prezident deyib: “Biz müharibə istəmirik, ancaq xalqın və ölkənin hüquqlarını müdafiə edəcəyik və sionist rejimin təcavüzünə müvafiq cavab verəcəyik.”

Məsud Pezeşkiyan oktyabrın 27-də bazar günü hökumət şurasının iclasında hökumətin sionist rejimin ölkə ərazisinə son təcavüzü ilə bağlı yanaşmasını açıqlayıb.

Prezident deyib: “Əziz xalqımız və İslam Respublikası ötən 45 ildə sübut etmişdir ki, heç vaxt heç bir təcavüzkarın qarşısında geri çəkilmir.”

Pezeşkiyan deyib: “Bu gün dünya şahiddir ki, ABŞ başda olmaqla bu işğalçı rejimin havadarları insan hüquq və azadlıqlarından danışırlar, amma bu qəddar rejimin on minlərlə qadın və uşağı qətliam etməsi qarşısında susublar! Bu uşaqlar terrorçu idimi? Məzlum Qəzzə əhalisinin qida və dərman yolunu kəsmək müharibə və sivil dünyanın prinsiplərinə uyğundurmu?”

Dövlət başçısı əlavə deyib: “Biz müharibə istəmirik, amma xalqımızın və ölkəmizin hüquqlarını müdafiə edəcəyik. Sionist rejimin təcavüzünə müvafiq cavab verəcəyik.”

“Sionist rejimin təcavüz və cinayətləri davam edərsə, gərginlik artacaq və bilirik ki, Amerika bu faciələrə görə İsraili təhrik edir. Onlar bizim təmkinimiz qarşısında müharibəni dayandıracaqlarına söz verdilər, lakin vədlərinə əməl etmədilər”- deyə, Prezident qeyd edib.

Pezeşkiyan deyib: “Həmçinin, Taftanda baş verən terror hadisəsinə görə bu şəhidlərin ailələrinə və polis qüvvələrinə başsağlığı verirəm. Aidiyyatı orqanlardan istəyirəm ki, bu cinayəti törədən şəxslər cəzalandırılsın. Ümid edirəm ki, ölkəmiz vəziyyətdən yaxşı çıxacaq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .