Əziz Nəsirzadə çərşənbə günü hökumət nümayəndə heyətinin iclası çərçivəsində jurnalistlərə deyib: “Düşmən bizim hücum və müdafiə sistemimizi zədələməyə çalışdı ki, bu da o qədər də uğurlu alınmadı. Çünki mülki müdafiə tədbirlərimiz var idi. Bizim müdafiə biliklərimiz yerlidir. Müdafiə sənayemizdə şəhid və yaralımız yox idi. Çünki lazımi tədbirlər həyata keçirmişdik.”
“Ölkə səmasına düşmən qırıcılarının daxil olması doğrudurmu?” sualının cavabında Müdafiə naziri deyib: “Xeyr.”
Müdafiə naziri sionist rejimin ölkənin müdafiə qabiliyyətinin məhv edilməsi kontekstində iddiası ilə bağlı deyib: “Əsassız iddia edib və belə bir şey yoxdur. Sionist rejim səhramıza bir güllə atsa belə, ölkəmizə hücuma cürət etmişdir və bu, bizim üçün qəbuledilməzdir və ona cavab veriləcək.”
Sizin rəyiniz