Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün, çərşənbə, 30 oktyabrda X sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb: “İşğalçı rejim BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 230-dan çox əməkdaşını qətlə yetirdikdən sonra indi bu qurumun Fələstində fəaliyyətini tamamilə dayandırmağa çalışır.”
“Bu hərəkət iyrənc və qəddardır və ağır nəticələrə səbəb olacaqdır, çünki UNRWA əvəzolunmaz və zəruri qurumdur, bu qurum olmasa, Qəzzədə yardım və humanitar sistem çökəcək” - deyə, Bəqai əlavə edib.
Sizin rəyiniz