30 oktyabr 2024 at 20:57
Jurnalist kodu: 5561
Xəbər kodu: 85644858
T T
0 Persons
BMT-nin Təhlükəsizlik Şurası İranın Sistan və Bəlucistan vilayətində törədil esən terror aktını pisləyib

Nyu York - İRNA - BMT-nin Təhlükəsizlik Şurası çərşənbə günü İranın Sistan və Bəlucistan vilayətində törədilən terror aktını pisləyərək vurğulayıb: “Terrorizm bütün forma və təzahürlərində beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir.”

BMT-nin Təhlükəsizlik Şurasının Sistan və Bəlucistandakı terror aktını pisləyən bəyanatında bildirilir: “Təhlükəsizlik Şurasının üzvləri 26 oktyabr 2024-cü ildə İranın Sistan və Bəlucistan əyalətinin Taftan şəhərinin Qohərkuh bölgəsində İran İslam Respublikasının Polis Komandanlığının patrul bölməsinə edilən qorxaq terror aktını qətiyyətlə pisləyir.” 

“Ceyş əl-ədl” qruplaşmasının öz üzərinə götürdüyü bu hücumda İran polisinin 10 əməkdaşı faciəli şəkildə həlak olmuşdur.

Sizin rəyiniz

You are replying to: .